Türkiyə prezidenti Abdullah Gül və xanımı Hayrünnisa Gül Türkiyədə səfərdə olan Almaniya prezidenti Yoahim Qauk və həyat yoldaşı Daniela Şadtın şərəfinə Çankaya köşkündə ziyafət verib.
Teleqraf.com-un məlumatına görə, mərasimə gənclər və idman naziri, bir neçə deputatla yanaşı mədəniyyət sahəsinin təmsilçiləri də dəvət olunub. Müğənnilərdən Rafet el Roman, aktrisalardan isə “Öylə bir keçər zaman ki” filmində “Karolin” obrazı ilə məşhurlaşan aktrisa Vilma Elles, “Çalıquşu” serialının “Fəridə”si Fahriyə Evcən ziyafətə qatılıb.
Fahriyə Evcəni şəxsən president və xanımı qapıda qarşılayıb.