17 Mart 2019 01:29
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyeva ilk dəfə atası ilə fotosunu yayımlayıb.

Maraqlı məqam isə odur ki, aktrisa şəkildə atasının üzünü bağlayıb. Sosial şəbəkə istifadəçiləri Pərvini bu hərəkətinə görə tənqid ediblər.

Şəkildə müzakirəyə səbəb olan digər məqam isə evdəki köhnə mebellər olub. Hər zaman lüks evini, avtomobilini, bahalı geyimlərini nümayiş etdirən Abıyevanı sosial şəbəkə istifadəçiləri qınayıblar. Onlar aktrisanın ünvanına "Özün lüks yaşayırsan, atanın evinə bax. Atanın mebellərini dəyiş, yazıqdır kişi taxta divanda oturmasın. Adam da atasından utanar, üzünü niyə gizlətmisən?" kimi şərhlər yazıblar.

Pərvin isə onlara cavab olaraq daha sonra fotoya "Atam istəmir məşhur olsun, bu, onun qərarıdır. Niyə yenə ağzınıza gələni danışırsınız. Siz öz atanızdan utanırsınız, mən də utanım?" sözlərini qeyd edib. /axsam.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər