17 Mart 2019 20:25
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il öncə cinsiyyətini dəyişən fenomen Selin Ciğerci indi də hədiyyəsi ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, atası ona 1,5 milyon lirə dəyərində avtomobil alıb.

Selin yeni avtomobilinin şəklini İnstaqram hesabının hekayə hissəsində paylaşıb və atasına təşəkkür edib.

Məşhur ulduz Kim Kardaşyanda da olan avtomobili görən izləyicilər yenə Ciğercini tənqid atəşinə tutub.

Selin isə izləyicilərdən gələn mesajları da paylaşaraq tənqidlərə cavab verib.


Müəllif: Teleqraf.com