Tanınmış müğənni Emma Ələkbərzadə paytaxt restoranlarının birində zəhərlənib.
Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə öz Facebook səhifəsində yazıb.
“Bayılda “Riviera” restoranında salat və qızardılmış balıq sifariş verdim və nəticədə zəhərləndim. Bir neçə il əvvəl elə orada salatdan zəhərlənmişdim. Hesab edirdim ki, bu illər ərzində nə isə dəyişib... Amma yox. Baxmayaraq ki, onlar məni yaxşı tanıyırlar”.
Müğənni bayram tətilindən sonra məsələni aydınlaşdıracağını deyib.