2 Sentyabr 2014 12:50
3 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

"iCloud" xidmətini sındıranlar ulduzların çılpaq şəkillərini yayıb


Güman edilir ki, hakerlərin etdiyi hücumdan sonra Hollivud ulduzları Jennifer Lawrence, Rihanna və Kim Kardaşyan, Selena Qomez kimi ulduzların çılpaq şəkilləri internetdə yayılıb.

Bəziləri fotoların saxta olduğunu bildirsə də, digərləri şəkillərin onlara məxsus olduğunu təsdiqləyib.

Əksəriyyəti qadınlardan ibarət olan siyahıda müğənni Avril Lavigne, model Cara Delevingne və aktrisa Kaley Cuoco da var.

İddia olunur ki, fotolar “Apple” şirkətinin “iCloud” kənar yaddaş xidmətinin sındırılması vasitəsilə əldə edilib. Apple hələ ki, bu iddialara münasibət bildirməyib.

Jennifer Lawrence-in agenti bildirib ki, onun işçi qrupu məsələ ilə bağlı cinayət işi qaldıracaq.

"Bu, məxfiliyin biabırçı şəkildə pozulmasıdır. Rəhbər orqanlarla əlaqə yaradılıb və onlar Jennifer Lawrence-dan oğurlanmış fotoları yayan adamları məhkəməyə cəlb edəcəklər", aktrisanın sözçüsü BBC-nin Newsbeat proqramına bildirib.

/ailem.az/


Müəllif:

Oxşar xəbərlər