Flirt insanların bir-birini tanımasında böyük rol oynayır. Amma bəzən qadınlar bu flirt ərəfəsində 5 əsas səhvə yol verirlər.
Bəs bu səhvlər hansılardır?
1. Çətin qadın obrazı yaratmayın. Ona intellekt göstərmək də lazım deyil. Kişilərə ilk gündən belə görünməniz münasibətlərinizə mane olacaq. Yadda saxlayın ki, onlar belə qadınlardan çəkinirlər. Ya siz onunla maraqlandığınızı göstərin ya da boş verin getsin…
2. Görüşdə çox zarafat edib həddi aşmaq lazım deyil. Xüsusən digər insanların yanında zarafatlara fikir vermək lazımdır ki, onu başqasının yanında alçatmayasınız.
3. Kişilər əslində qəhrəman olmağı, onların köməyinə ehtiyac olduğunu hiss etmək istəyirlər. Amma eyni zamanda onun yanında özünüzü də alçatmayın, bu tarazlığı saxlamağa çalışın.
4. İlk zamanlarda onun sizing olmasını hiss etdirməyin. Belə qadınlarda da kişiləri özündən itələyir. Danışarkən də ona toxuna bilərsiniz amma bərk-bərk qoluna girib mənimdir mesajı verməyin.
5. Ona güclü bir qadın olduğunu göstərməyin. Kişilər o zaman sadəcə yataq üçün onunla maraqlandığınızı düşünürlər. Ona hər sadəcə ehtiyacınız olduğunu göstərin.
Nuray