Ərəblər ona üsyan püskürür, “iyrənc, şeytani varlıq” deyirlər...
Amerikanın “WND” saytı bildirir ki, sentyabrın 13-də Ledi Qaqa İsrailin paytaxtı Təl-Əvivdə konsert verəcək. Bu münasibətlə onun İsraildəki fanlarına video-müraciəti yayılıb. Tərəfdarlarını “Shalom” deyə salamlayan müğənni ərəblər tərəfindən sosial mediada ciddi qınaqlarla üzləşib.
“Təl-Əvivdə nümayiş etdirəcəyim pefomasdan dolayı çox həyəcanlıyam”, deyən super-ulduz ərəblər tərəfindən “iyrənc”, “şeytani varlıq” kimi epitetlərlə mükafatlandırılıb. Onun video-müraciətinə isə ərəb hakerlər virus yükləyiblər. Ərəblərin düşüncəsinə görə Fələstində 2 min nəfərdən çox insanı elə bu günlərdə qətlə yetirən ölkədə konsert vermək istəyi Ledi Qaqada hər hansı əxlaqi dəyərin olmamasından xəbər verir.
“WND” saytı xatırladır ki, Ledi Qaqaya qədər dünyanın bir çox musiqi qrupları və super-ulduzları İsrailin Fələstində törətdiyi fəlakətlərə görə orada konsert verməkdən imtina edib. İmtina edənlər arasında Neil Young, America, “The Backstreet Boys” və Lana Del Rey da var.
O da maraqlıdır ki, Ledi Qaqa Təl-Əvivdə konser verməmişdən öncə sentyabrın 10-da Dubayda olacaq. Onun “The Artpop Ball Tour” adlanan dördüncü dünya turnesi ilk dəfə ərəb ölkəsində nümayiş etdiriləcək. Qeyd edək ki, “The Artpop Ball Tour” ilk dəfə may ayında Floridadan başlayıb.