27 Mart 2019 11:14
8 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli onun adından İnstaqramda saxta foto paylaşan həmkarı Afət Fərmanqızına cavab verib.

Teleqraf.com xəbər verir ki, Roza həmkarını qanunları pozmaqda ittiham edib.

O, məlum fotoya görə bir neçə il əvvəl bəzi saytların məsuliyyətə cəlb olunduğunu bildirib:

“Afət Fərmanqızı, deməli sizin İnstaqram hesabınızda paylaşdığınız şəklə görə 3 il bundan qabaq özlərinə reytinq qazanmaq üçün raketçilik edən saytlar qanun qarşısında saxta, ekspertlərin rəyinə görə montaj olunmuş şəkil paylaşdıqları üçün öz cəzalarını alıblar və Azərbaycan Respublikasının qanunlarına görə cəzalarını çəkiblər. Siz də bu saxta şəkili paylaşmaqla insanlarda fikir formalaşdırırsınız, bu da ayrı bir cinayət məsuliyyətidir və ayrı bir qəbahətdir. Buna görə cavabdehlik daşıyacaqsınız.

Amma sizə heç kim haqq verməyib ki, Azərbaycan Respublikasının sənətkarlarına ağzınıza gələn təhqirləri, natəmiz sözləri onlara qarşı səsləndirəsiniz. Buna görə də, ayrıca cavabdehlik daşıyacaqsınız.

Mənim sizə çox böyük yazığım gəlir. Bilirsiz nəyə görə? Siz öz səhvlərinizi görmürsünüz və elə bilirsiz ki, hər hansı bir qadını alçatmaqla siz gözdə qalxırsınız. Bu, sizin yanlışınızdır. Bu mənim sənə sosial media tərəfindən deyəcəyim son sözümdür, Afət Fərmanqızı”.

Qeyd edək ki, Afət Fərmanqızı özünün İnstaqram hesabında Roza Zərgərliyə aid olduğunu iddia etdiyi foto paylaşıb və həmkarını onu təhqir etdiyini iddia edib.

Roza Zərgərlinin müraciət videosunu təqdim edirik:

Skrinlər:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər