Azərbaycanlı müğənni Nadir Qafarzadə Hindistana gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi özünün İnstaqram hesabında yazıb.
Hindistandan videogörüntü paylaşan Nadir bu ölkədə insanların çətin vəziyyətdə yaşadıqlarından danışıb:
“İnsanlara baxın, onların hansı vəziyyətdə yaşadıqlarını görün. İnsanlar çörək pulu qazanmaq üçün min bir əziyyətə qatlanırlar, təki bir qarın çörək olsun. Bunun üçün əziyyət çəkirlər.
Amma bizdə bəzi insanlar var ki, şadlıqlarına şitlik edirlər. Bu insanlar isə ümumiyyətlə yaşamırlar, yaşamaq üçün min bir əziyyət çəkirlər. Çox dəhşətdir, bizim günümüzə şükür olsun”.
Videonu təqdim edirik: