30 Mart 2019 16:00
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Faydalı saat” verilişinin növbəti qonağı müğənni Nura Suri olub.

Teleqraf.com xəbər verir ki, müğənni açıq-saçıq geyinməkdən danışıb:

“Müğənni geyinə bilər, normal insanlar geyinməməlidir. Mənim fotosesiyamı jurnalistlər də bəyənib, paylaşıb. Sadəcə bəzi insanlar var ki, özlərində kiməsə qiymət vermək haqqını tapırlar. Hansı ki, o insanı mən ümumiyyətlə tanımıram və varlğından xəbərdar deyiləm.

Qısacası boş yerə vaxt sərf edirlər. Səhnə adamı normal insanlardan seçilməlidir. Bir müəllimə məktəbə elə gələrsə, o gülünc görünər. Səhnə adamının geyimi normal insanların geyimindən seçilmirsə, bu da səhvdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər