4 Aprel 2019 00:25
2 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorun “sənin arvadın bir dəsmaldır” sözlərinə cavab verib.

Teleqraf.com-un məlumatına görə, Həbib Tvitter səhifəsində Konorun Terri Mürreylə fotosunu paylaşaraq yazıb: “Sən təcavüzçüsən. Sadəcə təcavüzçü. Öz hərəkətlərinə cavabdeh olmayan ikiüzlü. Ədalət səni tapacaq. Biz hələ görüşəcəyik”.

Qeyd edək ki, Konorun Terridən 2018-ci ildə qızı dünyaya gəlib. Terri qızı üzərində atalıq hüququnu tanıması üçün Makqreqoru razı salmağa çalışır. Konor özü isə Di Devlinlə ailəlidir. Bu izdivacdan onun bir oğlu var.

İrlandiya polisi seksual zorakılıq şübhəsi ilə Konor haqqında araşdırma aparır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər