2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi Nigar Camal İnstaqramda yazdığı postla gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, ifaçı son zamanlar sosial şəbəkələrdə geniş yayılan bayağı videolarla bağlı sərt reaksiya verib.
“Sosial şəbəkələrdə nə qədər neqativ xəbərlər verirlər. Nə qədər həvəsi olan insan aqressiv rəylər yazır. Nə olub? Bahar gəldi, uçdu getdi abır, ya ağıl?”, - deyə Nigar Camal qeyd edib.