6 Aprel 2019 23:43
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar cəmiyyətdə baş verən hadisələr əsl faciədir. Bunu dərk edin. 13 yaşlı qızın ölümündə cəmiyyət günahkardır. Necə belə rahat yaşaya bilirsiniz? Niyə burnunuzu onun-bunun həyatına soxursunuz? Niyə hər məsələdə hamıya irad bildirirsiniz? Kim necə geyinir, kiminlə görüşür, necə yaşayır sizə nə? Sizin tərbiyə verdiyiniz övladlarınız sizdən də qəddar və paxıldırlar. Gələcəkdə sizə qarşı da qəddar olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Nura Suri özünün İnstaqram hesabında yazıb.

O, başqalarının həyatını sosial mediada müzakirə edənlərə sərt reaksiya verib: "Artıq insanlıq qalmayıb. Bəsdirin insanları intihara sürüklədiniz. İçiniz zəhərlə doludur. Bu həyatda da olmasa, o biri dünyada öz zəhərinizdə gəbərəcəksiniz. Ölkədə müzakirə olunacaq yetərincə mövzu, fəxr olunası vətəndaşlarımız var. Niyə axı bunları görmürsünüz, tanımırsınız? İçinizdəki zibili şərhlərə tökürsünüz, yazdıqlarınız qəlbinizin, beyninizin çirkabla dolu olduğunu sübut edir. İnsanlara yaşamağa mane olursunuz. Ölkəni sizin kimilərinin əlindən tərk edib gedənlərin sayı günbəgün artır. Gedə bilməyənlər isə ucbatınızdan intihar edir. Anar Nağılbazı da siz öldürdünüz. Cəzasız qalmayacaqsınız. Etdiklərinizin cavabını ikiqat alacaqsınız".

Nura Suri bəzi aparıcıların məqsədli şəkildə müğənniləri hörmətdən saldığını iddia edib: "Səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Ölkə başçısı və xanımı müğənnilərə, sənət adamlarına fəxri adlar verir, diqqət və dəyər göstərir. Siz niyə əksini edirsiniz? Azərbaycan konstitusiyasını oxuyun. Qanunla Azərbaycan vətəndaşlarının şəxsi toxunulmazlığından xəbəriniz olsun! Bazar ertəsi hüquqşünasım bütün qanunları yazılı şəkildə göndərəcək, saytımda və səhifələrimdə dərc edəcəm. Hər kəs bu qanunları bilsin və özlərini müdafiə etsin. Qanunlara əməl etməyənlərin də cəza almasını tələb edin. Bu, bizim hüququmuzdur. Arxamca kimlər nə planlar qurur, nə danışır hamısından xəbərim var. Kimlərə zəng edib, nə xahiş edirsiniz, nə tələlər qurursunuz...Aranızda müxbirlər, aparıcılar, müğənnilər də var - hamısı da dırnaq arası. Dabanımın bildiyini, təpəniz dərk edə bilməz. Özünüzə sənət tapın".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər