Müğənni Gülay Zeynallının bugünlərdə təqdim etdiyi “Böyük eşq” klipindəki bəzi görüntülərin plagiat olduğu bildirilir.
Teleqraf.com xəbər verir ki, xüsusilə, müğənninin canlandırdığı obrazın məşhur ulduz Beyonsdan "çırpışdırıldığı" bildirilir.
Bununla bağlı G.Zeyanllı deyib: “Ümumiyyətlə, geyimimdən, makiyajdan xəbərim yox idi. Hamısı Elnur Həsənovun istəkləri idi. Hər bir işdə oxşarlıq olur, plagiat kimi qələmə verilir. Stilistin fikirləri idi, mən də əməl etdim. Beyonsa oxşamağa qalsa, şərq xanımlarımız ondan öncə elə geyimlərdə olub”.