11 Aprel 2019 11:14
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnar Xəlilov həmkarı Damla ilə evlənmək istəyindən danışıb.

Teleqraf.com xəbər verir ki, ARB TV-nin "Hüseynova bacıları" proqramının növbəti qonağı yenicə ailə həyatı qurmuş müğənni Elnar Xəlilov bu barədə söz açıb.

Son dəfə efirdə qonaq olarkən evlənməyəcəyini bildirərək gündəmi zəbt edən müğənni daha sonra ailə həyatı qurması ilə hər kəsi şoka salıb.

Məsələ ilə bağlı açıqlama verən sənətçi bu söhbətə son qoymaq istədiyini bildirib:

"Bizim mentalitetdə sonu bədbəxtçilik olmasın deyə kor-koranə evlənməmək var. Xüsusi sınaqlardan keçirməmişəm. Mənim ailə ilə şou edəcək potensialım yoxdur. Əgər elə olsaydı, mən açıq deyim ki, Damla ilə evlənərdim. Daha çox şou olardı. Daha çox tanınmış insandır.

Mən bu açıqlamanı niyə edirəm? Camaat dedi ki, şou etdilər. Sən demə ayrılmayıblarmış".


Müəllif: Cabbar

Oxşar xəbərlər