12 Aprel 2019 12:32
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlhamə Quliyevanı təriflədikcə, o, məni pisləyirdi. Uşaqlıq illərində onun səsi üçün ürəyim gedirdi. Evdə bütün çıxışlarını izləyirdim. Bacılarım əsəbiləşirdilər ki, kanalı çevir, filmlərə baxaq”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova bu gün Tarix Əliyevin “Hər şey daxil” verilişində qonaq olarkən deyib.

İfaçı bildirib ki, İlhamə Quliyeva vaxtı ilə onun aparıcılıq etdiyi verilişi bağlatdırmağa çalışıb: “İlhaməyə heyranlıqla baxırdım. Sonra onu verilişlərimə dəvət edir və tərifləyirdim. İlhamə isə rəhbərə deyirdi ki, bunun verilişini bağla”.

Xatırladaq ki, Brilliant Dadaşova Space TV-də 2000-ci ildən 2005-ci ilədək "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər