Türkiyənin tanınmış aparacısı Acun Ilıcalının keçmiş həyat yoldaşı Zeynəb Yılmazla birlikdə Mayamiyə getmələri haqqında xəbərlərdən sonra cütlük birlikdə Çırağan Sarayında toy mərasiminə qatılıb.
Teleqraf.com xəbər verir ki, Acun və Zeynəb qızları Yasemin ilə ayrı-ayrı fotolar çəkdirib sosial şəbəkə hesablarında paylaşıblar.
Qeyd edək ki, Acun Ilıcalı və Zeynəb Yılmaz 2003-cü ildə elə Çırağan Sarayında evlənmişdilər.