17 Aprel 2019 12:26
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avstriya 2020-dən internetdə anonimliyi qadağa edəcək. Cəmiyyətimizdə xeyli vaxtdır ki, sosial şəbəkələrdə, internet KİV-lərində dərc olunan saxta (fake) məlumatlardan, həqarətli status və rəylərdən əsaslı olaraq narazıçılıq yaranıb”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xalq artisti Faiq Ağayev deyib.

Onun sözlərinə görə, mübarizə yolu kimi hətta sosial şəbəkələrin Azərbaycanda bağlanmasını tələb edənlər də var:

“Bütün dünyada ciddi narahatlıq yaradan bu dərdə - internetdə anonimlik probleminə Avstriyada qanuni bir həll tapılıb. Özü də çox məqsədəuyğun bir şəkildə: qeydiyyat yalnız istifadəçinin rəsmi şəxsi məlumatlarını (ad, soyad, ünvan və s.) daşıyan mobil telefon vasitəsi ilə mümkün olacaq.

Məncə, biz də bu üsulu tədbiq edə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər