Məşhur futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriya Bekhemin doğum günündə sosial şəbəkədə heyranlarını təəccübləndirən sürpriz hazırlayıb.
Teleqraf.com xəbər verir ki, 54 yaşını qeyd edən Viktoriya Bekhemin yuxudan durarkən çəkdiyi makiyajsız fotosunu çəkən futbolçu İnstaqramda paylaşıb.
O, fotoşəkli “Doğum günündə uşaqlar səni səhər saat 6-da oyadanda” qeydi ilə yayıb. Devid Bekhem həmçinin dörd övladı ilə çəkilən fotoşəkli də yayımlayıb.
Ad günü mərasiminə oğlu Broklinin model sevgilisi Hana Kross da qatılıb.
Viktoriya Bekhemin İnstaqramın hekayə bölümündə paylaşdığı hədiyyələr içərisində qızının gəlincik hədiyyəsi izləyicilərin marağına səbəb olub.