Demet Akalının “Ateş” albomunda yer alan “2den sonra” adlı mahnısının plagiat olduğu iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə bəstəkar Cansu Kurtçu “Söylemezsem olmaz” proqramında danışıb.
O söyləyib ki, “2den sonra” onun “Sihirbaz” adlı mahnısından oğurlanıb.
Qeyd edək ki, “Sihirbaz” mahnısını 2010-cu ildə Petek Dinçöz ifa edib.