Bütün günü efirlərdə xarici kliplər, filmlər, seriallar, sosial şəbəkələrdə əxlaqsızlıq nümayiş olunur. Onlar tərbiyəni pozmur, müğənninin etdiyi hansısa səhv pozur?
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri Feysbuk statusunda qeyd edib.
O, son zamanlar müğənnilərin həyatı ilə bağlı aparılan müzakirələrə sərt reaksiya verib.
Nura Suri bildirib ki, müğənni heç kəsə örnək olmalı deyil: "Heç qanunda belə bu cür cümlə yer almayıb. Sizin verilişlərdə adi insanların da həyatını görürük. Bütün pozğunluqlar elə efir və sosial şəbəkələr vasitəsilə təbliğ olunur. Efirdə belə sözlər demək lazım deyil!", - deyə ifaçı vurğulayıb.