Bu gün ATV telekanalının Bədii Şurası ilk iclasını keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev məlumat yayıb.
Onun sözlərinə görə, iclasda əsaslı fikir mübadiləsi aparılıb, yaranmış problemlərin həll yolları müzakirə edilib, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səslənib.
"Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığı, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm", -deyə Bədii Şuranın üzvü olan Faiq Ağayev vurğulayıb.