30 Aprel 2019 00:15
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı model İskra Laurens artıq kilolarından qurtulmaq üçün bir çox yola baş vurduğunu deyib.

İnstaqramda məşhur olmadan əvvəl model bir çox model agentliyi tərəfindən qəbul edilmədiyini deyib.

"Kilolarıma görə kimsə məni qəbul etmək istəmirdi. Daha sonra İnstaqramda paylaşımlar etdim və tanındım" deyə, model bildirib.

Bir çox çimərlik geyimi firmasının reklam üzü olan İskra arıqlamaq üçün bütün yollara baş vurduğunu, hətta valideynlərinin kredit kartlarını oğurladığını deyib. Onun bu etirafı etməsinə səbəb isə arıqlama çayı istehsal edən bir firma olub. Model isə reklam etmək əvəzinə izləyicilərinə bu məhsulların zərərli olduğunu bildirib.

"O vaxtlar ruh sağlığım yerində deyildi. Sadəcə çəki vermək haqqında düşünürdüm. Bunun üçün hətta valideynlərimdən oğurluq da etmişəm. Amma indi bu cür məhsulların qəti əleyhinəyəm. Onları reklam etməyəcəyəm" deyə, İskra bildirib.
/Axşam.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər