2 May 2019 19:35
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avrovizion" təmsilçiləri DNT analizi veriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanı bu il "Avrovizion" yarışmasında təmsil edəcək Sergey Lazarev bildirib.

İfaçı qeyd edib ki, musiqi yarışmasına qatılan bütün iştirakçılar DNT analizi veriblər. Təşkilatçılar bu yolla iştirakçıların hansı millətə ail olduğunu araşdıracaqlar.

Sergey "İştirakçıların hamısı bu analizi veriblər. Hətta onlar analizin mediada yayımlanmasına icazə verdiklərinə dair sənəd imzalayıblar" sözlərini qeyd edib.

Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsi mayın 14-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq. Yarışmada ölkəmizi Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər