3 May 2019 00:58
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Lalə Məmmədova eks həyat yoldaşı İlham Qafarov haqda paylaşım edib.

Teleqraf.com-un məlumatına görə, müğənni bildirib ki, keçmiş əri onun və övladlarının ünvanına dediklərinə görə məhkəmədə cavab verəcək:

"Son həssas dönəmlərimdə yanımda olan və ola bilməyən dostlarıma, sənət yoldaşlarıma, əzizlərimə və məni qəlbən sevənlərə dəstəklərinə görə təşəkkür edirəm. Sizi üzmək istəməzdim. Susmaq haqqımdır. Lakin söhbət övladlarımdan gedirsə, məni üzrlü hesab edin. Övladıma və mənim ünvanıma deyilən yalan və böhtanlara görə göydə Allaha, yerdə isə dövlətimə və qanunlarıma güvənirəm. Bu yerlərə zəhmətimlə və xalqın sevgisi sayəsində gəlmişəm. İllərlə qazandığım şərəf və ləyaqətimi, min biz əziyyətlə böyütdüyüm övladlarıma deyilən təhqiramiz sözlərə görə qanun qarşısında cavab verəcəklər".

Qeyd edək ki, İ.Qafarov Lalə haqqında bunları deyib:

“Aramızdakı problem 2012-ci ildə başlayıb. İcazəsiz qızımı da götürüb rəfiqəsinin evinə getdi. O, ərə gələndə valideynlərim sağ idi. Atamla-anam kirayədə, biz isə qonşuluqda yaşayırdıq. Atam rəhmətə gedəndən sonra anam yanımıza köçdü. Problemlər də bundan sonra başladı. Lalə başladı əsəbi olmağa.

Mənə şər atdılar ki, işləməyib, onun hesabına yaşamışam. Bu, absurd bir şeydir. İllər əvvəl məclislərin birində çəkilən fotoya görə aramızda soyuqluq yarandı. Beş dəfə onu qaytarmaq istədim, məni qovdu. 2013-cü ildə onu evə qaytardım. Özünü əsəbi aparırdı. Gördüm ki, dəyişib. Lalə dedi ki, ev almışıq, 43 min çatmır. Mənə dedilər ki, sən verməlisən. Mən də ailəmin dağılmaması üçün maşını satıb, o pulu ödədim. Orada sənədlər də var. Anası və Lalə iddia edir ki, sən bu pulu verməmisən. İkinci uşağa hamilə oldu. İki ay sonra dava etdi, çıxdı getdi. Anama ağır söz dedi, mən də qərara gəldim ki, Lalə ilə yaşamayacam. Anamı təhqir etdiyinə görə, ikinci uşağımla maraqlanmadım.

Qızım mənə səs atıb, təhqir edir. Belə tərbiyə alıb. Lalə bir dəfə üç min aliment yığışıb, onu alıb. İkinci dəfə evlənmişəm deyə, aliment məsələsini qaldırıb. Lalə mənim evimdən çıxsın, aliment borcumu hissə-hissə ödəyirəm. Məni həbs etdirmək istəyir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər