Məşhur aktrisa Monika Belluççi hər zaman davranışları ilə müzakirələrə səbəb olmağı bacarır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı ulduz gah gənc sevgilisi ilə görüntülənir, gah da gözlənilmədən yeni fotosessiyalarda çəkilir.
Bu dəfə o, Avstraliyanın "Inprint" jurnalı üçün kameralar qarşısına keçib.
Sosial mediada paylaşılan fotolar izləyicilər tərəfindən tərif yağışına tutulub. Onlar Belluççini "Arzuların qadını" adlandırıblar.
Qeyd edək ki, aktrisanın 14 yaşlı qızı da "Dolce&Gabbana" brendinin reklam çəkilişlərində özünü model kimi sınayıb. Lakin həmin fotolar hələlik yayımlanmır.