13 May 2019 00:06
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək “Avroviziya-2019” narıncı xalça mərasimi ilə özünün rəsmi olaraq açılışını edib.

Avroviziya ulduzları Tel-Əvivin Habima Meydanında narıncı xalça üzərinə çıxıblar.

Akkreditə olunmuş media nümayəndələri və fanatların qatıldığı mərasimdə 41 müsabiqə ölkəsi və beynəlxalq nümayəndə heyətinin üzvləri göz qamaşdıran geyimləri ilə narıncı xalça üzərindən keçərək mətbuat nüayəndələrinin suallarını cavablandırıblar.

500-dən çox yarışma fanatının qatıldığı nüfuzlu mərasimin giriş hissəsində İsrail höküməti tərəfindən hava limanlarında olduğu kimi ciddi təhlükəsizlik sistemi quraşdırılıb.

Qeyd edək ki, ölkə təmsilçimiz Çingiz Mustafayev narıncı xalça üzərinə 37-ci olaraq çıxıb.

İştirakçıların sıralaması isə aşağıdakı kimidir:

1. Kipr
2. Monteneqro
3. Finlandiya
4. Polşa
5. Sloveniya
6. Çexiya Respublikası
7. Macarıstan
8. Belarus
9. Serbiya
10. Belçika
11. Gürcüstan
12. Avstraliya
13. İslandiya
14. Estoniya
15. Portuqaliya
16. Yunanıstan
17. San Marino
18. Fransa
19. İspaniya
20. Ermənistan
21. İrlandiya
22. Moldova
23. İsveçrə
24. Latviya
25. Rumıniya
26. Danimarka
27. İsveç
28. Avstriya
29. Xorvatiya
30. Malta
31. Litva
32. Rusiya
33. Albaniya
34. Norveç
35. Hollandiya
36. Şimali Makedoniya
37. Azərbaycan
38. İtaliya
39. Birləşmiş Krallıq
40. Almaniya
41. İsrail
42. Beynəlxalq nümayəndə


Müəllif: Teleqraf.com