15 May 2019 00:58
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada möhtəşəm Kann kinofestivalı başlayıb.

Teleqraf.com xəbər verir ki, 72-ci dəfə təşkil edilən festival gecəsində Pedro Almadovar, Ksavye Dolan, Terrens Malik, Kventin Torontino və digər məşhur rejissorlar ərsəyə gətirdikləri ekran işlərini nümayiş etdirəcəklər.

Bu il münsiflər heyətinə Alexandro Qonsales İnyarritu başçılıq edir. Festival çərçivəsində Cim Carmuşanın “Ölülər ölmürlər” filmi dünya kino elitasına təqdim olunacaq.

Hazırda festivalın ən maraqlı anlarıdır - dünya ulduzlarının qırmızı xalı üzərində keçidi başlayıb. Ulduzlu gecənin qonaqları gözqamaşdıran libasları ilə kameraların önünə keçərək, verdikləri cəsarətli pozlarla diqqətləri öz üzərinə cəlb edirlər.


Müəllif: Teleqraf.com