“Mənim bəyəniləcək xüsusiyyətlərim çoxdur. Ürəyi yumşaq, yardımsevər, sir saxlamağı bacaran biriyəm. Həqiqətən mərhəmətli, çox gözəl insanam. Özümü çox sevirəm. Kənardan məni bəyənməyən insanlar deyir ki, dikbaşdı. Amma heç də elə deyil. Heç kimə fikir vermirəm. Başımı aşağı salıb öz iş-gücümlə, ailəmlə məşğulam. Dostlarımla, tanıdığım adamlarla boş-boş vaxt keçirmirəm. Əhatəmi sevirəm”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Rahidə Baxışova özündən ağız dolusu danışarkən deyib.