23 May 2019 12:28
2 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı meyxanaçı-müğənni Samirə Yusifqızı olub.

Teleqraf.com-un məlumatına görə, ailə həyatı qurmağa hazırlaşan müğənni onu qınayanlara səslənib:

“Heç kim bir dənə çörək alıb, gəlib qapımı döyməyəcək. Mənim üçün heç kimin fikri maraqlı deyil. Öz fikrim maraqlıdır. Çünki o fikir yazanlar mənim bu dəqiqə problemim olsa, xəstələnsəm və yaxud bir şey almaq istəsəm, mənə kömək etməyəcək. Hamısı getsin güzgüdə öz şəklinə, ailəsinə baxsın, sonra danışsın. Rəy yazanlar, ailəsində nə görürsə, onu da yazır. Hər kəs öz tərbiyəsini göstərir. Mənim səhifəm izlənilir, orada kim təhqir yazırsa, buna görə cavab verir. Evlənəcəyim adamın yoldaşı rəhmətə gedib. Ağ qısa paltar geyinəcəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər