Bakıda dünyada DJ-lər arasında keçirilən ən böyük müsabiqənin qalibi seçilib.
ANS PRESS-in məlumatına görə, sentyabr ayının 1-dən 6-dək, Azərbaycanın paytaxtı, dünyada DJ-lər arasında keçirilən, ən böyük çempionat sayılan "Red Bull Thre3Style" Dünya Finalında iştirak etmək üçün qonaq gələn, dünyanın ən yaxşı 19 DJ-ni salamladı. Onlar,minlərlə azarkeşin və aralarında DJ Jazzy Jeff, Z-Trip, Krafty Kuts, Shortkut və Skratch Bastid kimi məşhur simaların adları olan münsiflər heyyətinin qarşısında yarışdılar.
Bir müddət öncə, bu inanılmaz görünsə də, 6 gecə ərzində isti döyüşlər və musiqi biznesinin ən yaxşı nümayəndələrinin xüsusi çıxışları dünya DJ-lərinindiqqətini Bakıda cəmləmişdi. Sonda yalnız bir qalib qalmalı idi və bu ilin dünya çempionu, keçən ilki yarışmada üçüncü yerin sahibi, Almaniyadan olan DJ Eskei83 oldu. Keçən il baş tutmayan qələbənin heyifini çıxmaq niyyətində olan Eskei83, bu dəfə Bakıya iki qüsursuz setlə gəldi, və nəticədə, onun rəqiblərindən heç biri onu keçə bilmədi.
Bakı şəhərinin ən mənzərəli və tarixi yerlərində keçən müsabiqə proqramından əlavə, dünyanın ən məşhur DJ-ləri DJ Jazzy Jeff, Krafty Kuts və Djeyinqin Kaliforniya veteranları, The Invisible Skratch Piklz komandası azarkeşləri sevindirirdilər. Paytaxtımız öz səmimiliyi və qonaqpərvərliyi iləmüsabiqə qonaqlarını sevindirdi və növbəti dəfə Bakının dünya səviyyəli şəhər olduğunu bütün dünyaya nümayiş etdi.
Crystall Hall mətbuat mərkəzinin səhnəsi həll edici final döyüşünə hazırlanandan sonra, 6 finalçı (İrlandiyadan DJ Flip, Azərbaycandan DJ Twist, ABŞ-dan DJ Trayze, Braziliyadan DJ Cinara, Almaniyadan DJ Eskei83 Filipinlərdən DJ Carlo Atendido) bütün ən yaxşı nə edə biləcəklərini bir araya toplayaraq, tamaşaçıların və hörmətli münsiflər heyyətinin məhkəməsinə öz 15 dəqiqəlik çıxışlarını təqdim etdilər. Nəticədə, məhz Eskei83 rəqiblərini çıxılmaz vəziyyətə salan ən böyük nizam-intizam və alovlu gücü nümayiş etdirməyi bacardı. Mahnı seçimində qüsursuz, yüksək dəqiqlik vətexniki manevrlərinin uyğunluğu onu "Red Bull Thre3Style" dünya çempionu etdi.
Beləliklə, əvvəlcə futbol üzrə Dünya Kuboku, indi də "Red Bull Thre3Style" kuboku Almaniyaya yola düşür!
"Red Bull Thre3Style"ın növbəti dünya finalı 2015-ci ildə Tokio şəhərində keçiriləcək.
"Red Bull Thre3Style" 2014 Dünya Finalının rəsmi nəticələri
Birinci yer: DJ Eskei83 (Almaniya)
(http://www.mixcloud.com/RedBullThre3style/eskei83-germany-world-finals-championship-final/)
İkinci yer: DJ Flip (İrlandiya)
(http://www.mixcloud.com/RedBullThre3style/dj-flip-ireland-world-finals-championship-final/)
Üçüncü yer: Carlo Atendido (Filippin)
(http://www.mixcloud.com/RedBullThre3style/carlo-atendido-philippines-world-finals-championship-final/)
MIXCLOUD-da ƏN YENİ TREKLƏR
Bakıda, bir həftə ərzində səslənən bütün setləri dinləmək üçün - Www.mixcloud.com/RedBullThre3Style səhifəsini izləyin.
RED BULL THRE3STYLE MÜSABİQƏSİNİN TARİXİ
Red Bull Thre3Style bir anderqraundsınaq kimi, öz tarixini7 il əvvəl Kanadada başladı. 2010-cu ildə müsabiqə,dj battl-ların xarakterini dəyişdirərək, ilk dəfə beynəlxalq xarakter almağa başladı.10 müxtəlif ölkədən 10 ən yaxşı dj bir-biri ilərəqabət aparmalı oldu.
O zamandan bəri, sadəcə dörd il ərzində, Red Bull Thre3Style dünyada DJ-lər arasında ke?irilən ən böyük müsabiqəyə çevrildi.
Müsabiqənin qalibi olmaq üçün, yalnız texniki bacarıq göstərmək kifayyət deyil, həm də rəqs meydançasını ələ ala bilmək qabiliyyəti olmalıdır. İştirakçılara sadəcə 15 dəqiqə verilir, və bu müddət ərzində, ikiqat dj quraşdırmasında çıxış edərək, onlar sübut etməlidir ki, məhz onlar ən yaxşı DJ adına layiqdirlər. Onların bacarıqları texniki bacarıq və tamaşaçı reaksiyası göstəricilərinə görə qiymətləndirilir. Hakimlər, həmçinin mahnı seçimində orijinallıq, çıxış zamanı əminlik, trekləri miks etmə qabiliyyəti və s. bu kimi göstəricilərə də, ayrıca ciddi diqqət yetirirlər.
"Red Bull Thre3Style" haqqında daha ətraflı məlumatı tədbirin rəsmi saytında tapa bilərsiniz:
http://www.redbullthre3style.com/about