Xalq artisti Brilliant Dadaşovanın Beynəlxalq Uşaqlar Günü münasibəti ilə İnstaqram səhifəsində paylaşdığı foto sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bütün uşaqları bayram münasibətilə təbrik edən xalq artisti bacısı oğlu, həmkarı Cəmil Dadaşovun qızı ilə çəkdiyi fotonu paylaşıb.
Sənətçinin foto üzərindəki qeydi də diqqət çəkib:
“Bu gün Uşaqlar Günüdür. Dünyadakı bütün uşaqlar hamımızındır, onlar mələkdir. Uşaqları sevin, onlar Allah əsl bənədləridir. Cəmil Dadaşovun qızı Arzumun başı həmişə çiynimdədir”.
Fotonu təqdim edirik: