1 İyun 2019 22:42
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkədə qəribə paylaşımları ilə diqqət mərkəzində olan müğənni İradə İbarahimova bu dəfə də ənənəsinə sadiq qalan.

Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayan sənətçinin İnstaqram səhifəsindəki paylaşımı müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkə hesabında yeni fotosunu paylaşan İradə bu sözləri yazıb:

“Bu dünyanın tarazlığı belədir, birinin qorxusu başqasının ümidi olur. Yaxınlarda bir yerlərdə yağış yağarkən “çox şükür” deyənlər var, digər tərəfdə göy üzündəki buludlara narahat gözlərlə baxıb “nə qədər ki, qış gəlməyib, bir az isinim” deyənlər var. Kimlərsə qapıya yaxın oturur, “birdən açılarsa, fürsəti əlimdən verməyim” deyə. Kimlərsə uzaqda oturur, “açılarsa ona bir iş, problem çıxarsa” deyə.

Gözəl söz eşitmək üçün illərlə gözləyən də var, biri onu axmaq yerinə qoyacaq deyə dinləməyən də var.

Uzaqlarda yağan yağışa baxarkən ağlıma gəldi bunlar. “Gələn qisməti ilə gəlir”, demək lazımdır. Bizim qorxularımız başqasının muradı olursa ki, bu belədir, qoyun gəldiyi kimi yaşansın. Çox vaxt isə bizim şər gördüyümüz xeyir, xeyir gördüyümüz şər çıxa bilir. Birinin sənə pislik etdiyini düşünürsən, amma gün gəlir, “mənə yaxşılıq edib əslində” deyirsən.

“Bağışlayın, gedib öpüb qucaqlayın” demirəm. Halallaşın, əvvəlcə özünüzlə hallalaşın. Özü ilə halallaşmayan başqasıyla halallaşırsa, bunu sadəcə özünü sakitləşdirmək üçün edir. Siz etməyin, özünüzle barışın, həyatı gəldiyi gəldiyi kimi yaşayın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər