Fotoqraf və videoqraf dostu Aykut Cömertin ölümünə görə hüznlənən türkiyəli aktrisa Beren Saat dəfn mərasimində göz yaşını saxlaya bilməyib.
Teleqraf.com xəbər verir ki, son zamanlar ayrılacağı deyilən həyat yoldaşı Kənan Doğulu Beren Saatı tək qoymayıb.
Beren Saat uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan fdostu barədə İnstaqram hesabında kədərli vida mesajı yazmışdı:
“İnsan həyatı boyu çox dost qazanır, amma zəkadaş tapmaq çətindir. Uğultunun ortasında bir cümlə ilə həyatına işıq tutanı tapmaq da çətindir. Ən qaranlığa qaçanda ittiham etmədən səninlə orada səssiz duranı, hətta səni gülüşə boğanı da tapmaq imkansızdır. Sənin üçün həmişə darıxacağam, canım dostum. Ulduzlarla mənim üçün də rəqs et”.