10 İyun 2019 16:22
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ticarət mərkəzlərindən birində görüntülənən Yasəmən Ərbil 235 gündür xəstəxanada müalicə alan atası məşhur şoumen Mehmət Əli Ərbilin yaxın günlərdə evə buraxılacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Yasəmən Ərbil atasının səhhətinin yaxşı olduğunu deyib.

O, Mehmət Əli Ərbilin çətin günlərinin arxada qaldığını deyib: "Atam xəstəxanada son günlərini keçirir. Yaxın günlərdə qismət olsa, artıq evdə olacaq. Vəziyyəti çox yaxşıdır. Bu çətin günlərdə yanımızda olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 61 yaşlı şoumen hamamda yıxılaraq ağır zərbə alıb.


Müəllif: Leyla

Oxşar xəbərlər