13 İyun 2019 13:00
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şou-biznesdəki insanlar ucuzlaşmağa başlayır”.

Teleqraf.com xəbər verir ki, bunu müğənni Günay İbrahimli deyib.

Sənətçi bu barədə İnstaqram səhifəsində yazıb:

“Sevinirəm ki, bu yaşımda bu sənətdə baş verənləri çox yaxşı görürəm. İllərin sənətkarından tutmuş yeni çıxan ifaçıların oyunlarına qədər hər şeyi görürəm. Bu dünyada insanlıq, mərhəmət həmişə yaşayacaq. O qədər çirkli oyunlar aparılır ki, sənət kənarda qalıb. Niyə axı? Bu qədər ucuz olmaq asandır? Onlar illər ərzində yığdıqları bu hörməti bir kəlimə ilə yerlə-yeksan edirlər.

Şou-biznesdə insanlar ucuzlaşmağa başlayır. İndi o qədər rahatam ki, yalançı, ikiüzlü insanlardan uzağam. İndi nə onların çirkin oyunlarından, nə torba tikməklərindən, nə də etdiyi çirkin əməllərdən xəbərim olur.

Ümumiyyətlə sevinirəm ki, mənə doğma olacaq insanlar bu arenadan çox azdır. Ha onlarla yaxın olmaq istəyirsən, amma alınmır ki, alınmır. Əlbəttə, bunu hamısına şamil etmək olmaz, aralarında intriqalardan uzaq olanlar da var. Nə deyim, vallah, ucuzlaşmayaq”.


Müəllif: Mənsur Rəğbətoğlu