Azərbaycanın əməkdar artisti Röya Ayxan sosial şəbəkədə etdiyi paylaşımla gündəm yaradıb.
Teleqraf.com xəbər verir ki, müğənni İnstaqram səhifəsində üzərində “Love is Love” yazılan və LGBT hərəkatının şüarı olan koftada foto paylaşıb.
Sosial şəbəkədə böyük maraqla qarşılanan bu paylaşımda Röyanı tənqid edənlərlə yanaşı ona təşəkkür edənlər də az olmayıb.