Türkiyənin tanınmış müğənnisi Ziynet Sali özündən 10 yaş kiçik sevgilisi gitarist Erkan Erzurumlu ilə ailə qurmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, uzun zamandır birlikdə olan cütlük iyul ayında Kiprdə münasibətlərini rəsmiləşdirəcək. Yayılan məlumata görə toyun dəqiq ünvanı müəyyənləşmədiyindən otellər özləri müğənniyə təkliflər göndərirlər.
Yerli mediaya açıqlama verən 44 yaşlı müğənni "Hər şey səhnədə başladı, bir yerdə çox xoşbəxtik" deyib.