"Anamın vaxtında mənə qoyduğu qaydaları indi qızım Nərgizə qoymuram. Çünki onun bədəlini sonradan çox ödədim. İçimdə hələ də nələrdəsə bir kompleks var. Ruhən azad insanam. Özümü arada sığallayıram ki, bunu kiməsə görə etmədin".
Teleqraf.com-un məlumatına görə, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Zaurla Günaydın" verilişində deyib. Sənətçi övladlarına qoyduğu qadağalardan danışıb:
"Övladlarımda oxumaq istedadı olsa, dəstək duraram. Onlara qadağa qoymaram. Nərgizdə belə istedad var. Amma düşünürəm ki, bu, hobbidir".