19 İyun 2019 15:30
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Azəri Günel Zeynalova yeni mahnılardan gileylənib.

Teleqraf.com-un məlumatına görə, müğənni 2ATV maqazin onlarlaya açıqlamasında Bakıya gəlməsinin səbəbini də açıqlayıb:

"Tez-tez gəlirəm, amma az qalıram. Bura pul qazanmağa gəlirəm. Gələn kimi, başlayırlar dedi-qodulardan danışmağa. Məni maraqlandırmır, başqalarının şəxsi həyatıdır, özləri bilər. Mənim də arxamca danışırlar. Heç Türkiyədə dedi-qodulara əhəmiyyət vermirəm. Gedib gəzirəm, əylənirəm, amma onlara yaxalanmıram.

İndiki ifalara baxıram, deyirəm, köçüm Avstraliyaya. O qədər səviyyəsiz mahnılar var ki... İzləyirəm deyirəm, yəqin ki, sənəti buraxmalıyam. Axı, Azərbaycan musiqisi, muğamı hər yerdə sevilir. İndikilər nədir?"


Müəllif: Teleqraf.com