ARB TV-də “Səhər-Səhər” proqramının növbəti qonaqları müğənni Namiq Qasımov və Aynur Dadaşova olub.
Teleqraf.com xəbər verir ki, verilişdə Namiq Qasımovun dünyasını dəyişən bacısı haqqında süjet yayımlanıb və görüntüləri izləyən müğənni kövrələrək studiyanı tərk edib.