9 Sentyabr 2014 19:59
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərli teleaparıcı gənclik illərində tramvay sürməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Sənətçi açıqlamasında deyib ki, onun cavanlıqda tramvay sürməsiylə bağlı deyilənlər yalandır.

Amma: “Ülviraya səhv məlumat veriblər. Böyüklərdən soruşsun, ona mütləq düzünü deyəcəklər. Mən cavanlıqda paravoz sürmüşəm. Bakı-Biləcəri, Bakı-Ucar reysində işləyirdim. Paravozu yaxşı sürdüyümə görə məni sonra gəmiyə keçirdilər. Bir müddət də gəmi sürmüşəm”.

Qeyd edək ki, teleaparıcı Ülvira Qarayeva aparıcısı olduğu “Evdəyik” verilişində Mətanət İsgəndərlinin gənclik illərində tramvay sürdüyünü bildirmişdi.

/Publika.az/


Müəllif:

Oxşar xəbərlər