Türk müğənni Tuğba Ekinci sosial şəbəkədə siyasi fikirləri ilə diqqət çəkməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, İnstaqramda Prezident Rəcəb Tayyib Ərdoğanın fotosunu paylaşan Azərbaycan əsilli müğənni bununla onu tənqid edənlərə cavab verib.
Onu sərt tənqid edənlərə qəzəblənən Tuğba Ekinci Ərdoğanın fotosu üzərində bunu yazıb:
“İki qədəh rakı içmir, amma iki ərəb gəldi deyə, nə qədər nankor olduğunuzu göstərdiniz. İnsanları olduğunuz kimi qəbul etməyənədək bombalar başınızı daha çox dağıdacaq. Siyasətçilər şirin sözə, gülər üzünə görə dəyişdirilə bilməz, Türkiyədə nə olacağını görəcəyəm. Halay çəkməklə, kamança çalmaqla bu işi həll etmək olmaz”.
Tuğba Ekinci bundan əvvəlki paylaşımında bunları yazmışdı: “İstanbulu itirsək də, böyük ürəkli prezidentim Rəcəb Tayyib Ərdoğan, üzülmə, sən dastan yazdın. Atadan, anadan zəngin deyildin, sıfırdan lider olmuş böyük bir insansan. Xalqın sevgisini qazanmısan, bu illər ərzində heç kim sənin partiyan qədər bu ölkənin problemlərini həll edə bilməzdi”.