Türkiyəli sevilən müğənni Gökhan Tepe oğurluq hadisəsi ilə üzləşib.
Türkiyəli sevilən pop ifaçısı Gökhan Tepe oğruların qurbanına çevrilib. Belə ki, Gebzə Darıcada konsertə gedən müğənni avtomobilini Balmumcudakı ofisinin qarşısında saxlayıb.
50 min avro dəyərində olan “34 KT 3587” dövlət nömrə nişanlı, ağ rəng “BMW 5.20” model avtomobili naməlum şəxslər tərəfindən oğurlanıb.
Konsertdən qayıdan müğənni avtomobilini yerində tapmayıb vəm dərhal polisə bu barədə məlumat verib.
Oğruların yaxalanması və avtomobilin tapılması üçün axtarışlar aparılır./anspress/