Türk müğənni Ebru Polatın səhnə geyimi sosial şəbəkədə etiraz yaradıb.
Teleqraf.com xəbər verir ki, Bodrum çimərliyində səhnəyə çıxan sənətçinin libasına yazılan rəylər Ebrunu qəzəbləndirib.
Müğənni libasına “Geyinməyi unutmusan” rəyini yazan sosial şəbəkə istifadəçisinə belə cavab verib: “Hər halda sən çimərliyə şalvarda gedirsən. Sənə nə mənim geyimimdən?”
Əlavə edək ki, Ebru Polat bir azərbaycanlı milyarderlə sevgili olduğunu açıqlamışdı. Lakin o, milyarderin kimliyinə aydınlıq gətirməmişdi.