4 İyul 2019 18:24
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afaq Aslan cazibədar bədən quruluşuna sahib olmağın sirlərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sənətçi gözəl bədən quruluşuna idman etməklə sahib olduğunu iddia edib.

Afaq Aslan şou-biznes nümayəndələrini də kəskin tənqid edib:

“Son zamanlar artıq çəki aldığım yəqin ki, sizlərin də nəzərinizdən yayınmayıb. Nəzərinizə çatdırıram ki, boyum həmişə 170, çəkim isə hər zaman 59-60 kiloqram olub. İndi isə çəkim 5 kiloqram artaraq 65 olub.

Bu aralar idmana fasilə verdiyim üçün qarın əzələlərim itib artıq. Amma bunun da yolunu tapmışam deyə heyfislənmirəm”.

O, arıqlamaq üçün Bakıya gətirilmiş yeni cihazlardan istifadə edəcəyini bildirib:

“Bəzi şou-biznes nümayəndələri kimi paxıl deyiləm. Əməliyyatlar da yaman dəb halını alıb, ora-buralarını, ütülənmiş yerlərini şişirdirlər. Həyatı boyu idman zalının üzünü görməyənlər yalandan idmana qaçırlar ki, guya şişirdilmiş yerlərini, nəticəni idmanla əldə ediblər. Daha anlamırlar ki, sizin savadsız düşündüyünüz şeyləri insanlar daha savadlı və gözəl dərk edirlər. Çünki insanlar o nəticələri illərlə idman zallarına getməklə əldə edirlər”.

Müğənninin yeni fotolarını təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər