10 Sentyabr 2014 19:40
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftə sonunu İtaliyada keçirən pop ulduz Beyons və həyat yoldaşı Cey Zi gözlənilməz addım atıblar.

Portofinoda kilsəni ziyarət etmək istəyən cütlük içəridə nikah mərasiminin baş tutduğunu görüblər. Nikahda iştirak etməyə qərar verən cütlüyün bu davranışı yeni ailə quran bəylə gəlini sevindirib.

Bəylə gəlini təbrik edən və onlarla şəkil çəkdirməyə razı olan Beyons və Cey Zi nikahda iştirak edənləri təəccübləndiriblər.

Qeyd edək ki, küçədə bikini ilə gəzən Beyons gözəlliyi ilə göz qamaşdırıb.


Müəllif: