13 İyul 2019 18:30
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Dilarə Kazımova “Harem” adlı mahnıya çəkilmiş yeni klipinin qısa tanıtım videosunu təqdim edib.

Teleqraf.com xəbər verir ki, müğənni bu barədə İnstaqram hesabında məlumat verib.

“Harem”ə ekran həyatını verdik. Mahnını bir neçə vaxtdır ixtiyarınıza versək də klipi yeni çəkdik. Mahnı məni ruhlandırdı, bu klipdə bir Şərq ab-havası var. “Harem”də həmçinin tarix yatır. Çalışdıq ki, klipdə də bunu göstərək. Biz əsl qədim, Şərq hamamında olduq, mən hərəmxanada, öz köməkçilərimləyəm. Digər detalları yaxında təqdim ediləcək klipdə bərabər izləyərik”, - Dilarə klip haqda deyib.

Klipdən videogörüntünü təqdim edirik:


Müəllif: Yalçın Uğur