10 Sentyabr 2014 20:56
2 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəribə üz ifadəsi, çox zaman gözünüzün içinə baxmamağa çalışan və sual verdiyinizdə donub qalan kişinin əslində nə düşündüyünü bilmək istəyirsizmi? Elə isə Ailem.az-ın bu yazısını oxuyun.


Kişilər seksdən əvvəl bir çox şey düşünür. Əksər hallarda düşüncələri gecənin sonunu seksə necə gətirə biləcəkləri, nə yesələr, performanslarının artacağı və xanımını necə razı sala biləcəkləri ilə bağlı olur.

Seks zamanı kişilərin qarışıq beyni yaşadıqları hər şeyi bir başa hiss etmə istəyinə yönəlir. Ancaq zehinlərinin digər yarısı və şüuratları onlara həqiqəti xatırladan bir mexanizm kimi işləyir.

Bir çox kişilər qadınlarının ancaq orqazm sayəsində xoşbəxt olacaqlarını düşünürlər. Ancaq bu, doğru deyil. Qadınlar birlikdə keçirdikləri vaxtın keyfiyyətinə əhəmiyyət verirlər. Həyat yoldaşının öpüşləri, toxunuşları onlar üçün gecənin sonundan daha əhəmiyyətlidir.

Kişilər seks zamanı müddəti necə uzadacaqları haqda düşünürlər. Bir tərəfdən orqazma tələsərkən, digər tərəfdən bu müddəti bir az uzatmaq istəyər, çünki orqazm bu əyləncənin sonu deməkdir. Qadınlar vaxta elə də çox fikir verməzlər. Özəl hiss etmək və onlara deyilən gözəl sözlər daha çox əhəmiyyətlidir.

Kişilər boşalmanı gecikdirmək üçün bir çox oyun və düşüncələrə baş vururlar. Qəribə üz ifadələri boşalmanı gecikdirmək üçün bir şey düşündüklərinə işarədir. Üzündəki qəribə ifadəni soruşunca isə heç nə demədən donub qalırlar.


Müəllif:

Oxşar xəbərlər