11 Sentyabr 2014 13:27
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən o gəncləri alqışlayıram, onlar da zəhmət çəkirlər, könülləri oxşayırlar, bu günün tələbinə cavab verirlər. Yazsınlar, evlərinə çörək pulu aparsınlar”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bəstəkar müğənni Elza Seyidcahan hit mahnılar yazan gənc bəstəkarlardan danışarkən deyib:

“İndi populyar olan, hit mahnılar deyə müraciət etdiyimiz mahnılar iki-üç ay gündəmdə olub, sonra unudulur. Belə mahnılar yazan bəstəkarlara qarşı bəzən peşəkar bəstəkarlar çox sərt münasibət göstərirlər. Mən başqa cür düşünürəm”. Onun sözlərinə görə, gündəmin nəbzini tutan musiqilərlə, əsl sənət nümunələrini ayırmağı, qiymətləndirməyi bacarmalıyıq. Onun fikrincə, gündəm musiqilərini daha çox radiolar təbliğ edir:

“Radiolar belə musiqiləri çox səsləndirirlər. Çox təəssüf ki, kommersiya mahnıları adı ilə təbliğ olunan belə musiqilər bizim xəbərimiz olmadan keçmiş musiqilərimizi bizə unutdurur. Və bu heç də yaxşı bir hal deyil. Gündəm musiqiləri və əsl sənət musiqiləri ayrı olmalıdır. Bəstəkarlar İttifaqının üzvü olduğum üçün bu sözü deməyə ixtiyarım var. Həmkar kimi bu sözü deyəndə kimlərsə elə başa düşürlər ki, mənim onlara paxıllığım tutur. Sadəcə biz öz Azərbaycan musiqimizi qoruyub saxlamağı bacarmalı, gələcək nəsillərə ötürməliyik”.

Pərvin

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər